Siyəzən sakini həmyerlisini güllələyərək öldürüb

Siyəzən sakini həmyerlisini güllələyərək öldürüb

 Siyəzən rayonunda qətl hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qarasiyəzən yaşayış massivində qeydə alınıb. 
Belə ki, Siyəzən rayon sakinləri - Elşən Qədirli və Asim Abdulov arasında qəbiristanlıq ərazisində mübahisə yaranıb. Nəticədə A.Abdulovun odlu silahdan açdığı atəş nəticəsində E.Qədirli hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs Siyəzən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR