Şirvanda hamilə qadın öldü

Şirvanda hamilə qadın öldü

Faktla bağlı araşdırma aparılır.

Şirvanda 9 aylıq hamilə qadın ölüb.

Aktual.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ölüm faktı gecə saat 2.30 radələrində qeydə alınıb.

Yaşadığı evdə halı pisləşən Şirvan sakini, 1979-cu il təvəllüdlü Mustafayeva Günel Malik qızı təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Şirvan şəhər xəstəxanasının növbətçi həkimləri onun xəstəxanaya meyit vəziyyətində daxil olduğunu təsdiq ediblər. Hamilə qadının hansı səbəbdən öldüyünü aydınlaşdırmaq üçün meyit Şirvan şəhər morquna təhvil verilib.

Faktla bağlı Şirvan prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər 570 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR