Sinif yoldaşına 18 bıçaq vuran gəncə 7 İl 6 AY HƏBS

Sinif yoldaşına 18 bıçaq vuran gəncə   7 İl 6 AY HƏBS

Bakı Ağır Cinayətlər Məhkəməsində sinif yoldaşını öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Rövşən Elşad oğlu Şahmarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə R.Şahmarov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il baş verib. Nizami rayonunda yerləşən 238 saylı məktəbin şagirdi olan R.Şahmarov sinif yoldaşı E.Muradova 18 bıçaq zərbəsi endirib. Xəsarət alan E.Muradov Sabunçu Rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi yardımı nəticəsində E.Muradovun həyatını xilas etmək mümkün olub. Hadisəyə səbəb isə R.Şahmarovun "Facebook" sosial şəbəkəsində bir qızla çəkdirdiyi şəklin altında E.Muradovun yazdığı şərh olub. Həmin şərhə görə onların arasında mübahisə düşüb. Mübahisə isə R.Şahmarovun bıçağa əl atması ilə nəticələnib. R.Şahmarov gecə saatlarında E.Muradovun dediyi ünvana gedərək onu bıçaqlayıb. O, Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR