Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir - Füzulidə

Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir   - Füzulidə

Horadiz şəhərində Muğam Mərkəzində 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, müdafiə Nazirliyinin yüksək rütbəli generalı, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, N saylı Hərbi Hissənin əsgər və zabit heyəti, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri Alı Alıyev açıb, hərbiçiləri Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib: “Prezident, İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilibvə hər an düşmənə layiqli cavab vermək əzmindədir. Biz bunun aprelin əvvəllərində düçmən təxribatının qarşısını alarkən ordumuzun timsalında bir daha şahidi olduq”.

Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.





Xəbər 800 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR