Sərxoş sürücü qəza törətdi - 2 nəfər yaralandı

Sərxoş sürücü qəza törətdi   - 2 nəfər yaralandı

Ağdam rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Gülməmmədov Nizami Rəhim oğlu evlərinə qonaq gələn tanışnın "Mercedes 190" markalı maşınını sürərkən qəsəbə daxili yolun kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və sərnişin ağır bədən xəsarətləri alıblar.

Yaralılar Quzanlı qəsəbindəki Rayon Mərkəzi xəstəxansına yerləşdiriliblər. 

Həkimlərin sözlərinə görə, hər iki yaralının vəziyəti ağırdır. 

Qəza nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.

İlkin məlumata görə, avtomaşını idarə edən şəxs sərxoş halda olub və bu səbəbdən də idarəetməni itirib.

Fakla bağlı rayon polis şöbəsində cinayət işi açılıb 

Aktual.az

Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR