Sənaye istehsalı 4%-dək artıb Azərbaycanda

Sənaye istehsalı 4%-dək artıb  Azərbaycanda

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda sənayenin təsərrüfat subyektləri tərəfindən 8,5 mlrd manatlıq məhsul istehsal olunaraq 3,7%-lik artım qeydə alınıb. 

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini 10,5%, neft-qaz sektorunda isə 2,9% üstələyib.

Sənaye məhsulunun 62,3 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 14,2 mln ton neft, 6,8 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Beləliklə də ötən ilin müvafiq dövrü ilə müqayisədə xam neft hasilatında 0,4% artım, əmtəəlik qaz hasilatında isə 12,4% artım qeydə alınıb.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 28,5 faizini təşkil etmiş qida, geyim, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya, rezin və plastmas məmulatların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilib.

İstehsal edilmiş sənaye məhsulunun 8,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşüb.

Ümumi sənaye istehsalının 88,0%-i malların (əmtəələrin), 12,0%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 75,2%-i özəl bölmədə istehsal olunub.

Aktual.az

Xəbər 755 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR