Şəmkirdə mikroavtobus aşıb, 3 nəfər ölüb, 8 nəfər yaralanıb - FOTO

Şəmkirdə mikroavtobus aşıb, 3 nəfər ölüb, 8 nəfər yaralanıb - FOTO

Şəmkir rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Qaracəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Gülməmmədov, onun anası 1945-ci il təvəllüdlüSücayət Seydəli qızı Gülməmmədova və onların nəvəsi 2016-cı il təvəllüdlü Ayxan Qüdrət oğlu Gülməmmədov hadisə yerində ölüblər.

***

Şəmkir rayon Qaracəmilli kəndində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı fəhlələri daşıyan "Mercedes-Sprinter" markalı mikroavtobus aşıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hərkətdə olan mikroavtobus idarəetmədən çıxaraq "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin gücündən mikroabtobus aşaraq deformasiyaya uğrayıb.
Qəza nəticəsində 3 nəfər ölüb 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım” avtomobilləri ilə Şəmkiir Rayon Mərkəzi Xəstəxanasına çatdırlınlar. 
Faktla bağlı araşdırma aparılır.

*** 
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Qaracəmilli kəndi ərazisində baş verib. 
İlkin məlumatlara görə, "Mercedes-Sprinter" markalı sərnişin mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 8nəfər yaralanıb.

Xəbər 629 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR