Şəkidə yol qəzası: xəsarət alanlar var

Şəkidə yol qəzası: xəsarət alanlar var

 Şəki rayonunda yol qəzası baş verib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Tural Əhməd oğlu Səmədovun idarə etdiyi 55-BA-050 dövlət qeydiyyatı nişanlı "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq qarşıdan gələn 55-BO-086 dövlət qeydiyyatı nişanlı "VAZ-21099" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində sürücü də daxil olmaqla 2 nəfər xəsarət alıb. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti kafi olaraq qiymətləndirilir.
Qəzanın kəskin duman və yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir. 
Faktla bağlı araşdırma aparılır.
Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR