Şəkidə X sinif şagirdi özündən böyük şəxsi bıçaqlayıb

Şəkidə X sinif şagirdi özündən böyük şəxsi bıçaqlayıb

 Şəki rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki şəhər sakinləri - 2003-cü il təvəllüdlü Məmməd Əyyubov mübahisə zəminində 2001-ci il təvəllüdlü Nəzir Adil oğlu Abdullazadəni bıçaqlayıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona bel nahiyəsinin sağ və sol tərəflərinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Qeyd edək ki, M.Əyyubov Şəki şəhərindəki ümumtəhsil məktəblərindən birinin X sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır. 
Xəbər 117 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR