Şəkidə evlərə ildırım düşdü

Şəkidə evlərə ildırım düşdü

KANAL S (REGİON TV) xəbər verir ki, ötən gün Şəkidə bəzi evləri ildırım vurub. Nəticədə sakinlərə məxsus məişət əşyaları yararsız hala düşüb.

Rayonun Baltalı kənd sakinləri Rza Lətifov və Muxtar Osmanova məxsus evlərdə elektrik avadanlıqları ildırım vurması nəticəsində yararsız hala düşüb. Elektrik sayğacında yaranan problem nəticəsində bu evlər işıqsız qalıb. Xoşbəxtilkdən, xəsarət alan olmayıb.

Oxşar hadisə kəndin bir neçə ərazisində yaşanıb. Baltalı kəndinin icra nümayəndəsi məsələdən məlumatlı olduğunu bildirib. Yaxın vaxtlarda bu evlərin elektrik enerjisi ilə təmin olunacağı qeyd olunub.

Şəki Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, belə hava şəraiti martın 8-i günorta saatlarına kimi davam edəcək. Bu müddət ərzində isə rayonda leysan xarakterli yağıntıların olacağı və bəzən də bu yağıntının dolu ilə müşahidə ediləcəyi bildirilib. Həmçinin, bəzi ərazilərdə yağıntının sulu qara çevriləcəyi də istisna olunmur. Temperatur digər günlərlə nisbətən 7-10 dərəcə aşağı enəcək. 

Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR