Şəkidə 22 yaşlı oğlan itkin düşdü – FOTO

Şəkidə 22 yaşlı oğlan itkin düşdü – FOTO

Şəki şəhərində 22 yaşlı oğlan itkin düşüb.


"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhər sakini, 1997-ci il təvəllüdlü Fərman Abdurəhimov martın 15-i səhər saatlarında yaşadığı evdən çıxıb və indiyədək geri qayıtmayıb.

Evdən çıxarkən əynində qara rəngli gödəkçə, cins şalvar və qəhvəyi rəngli köynək olub. Boyu 160 sm, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki şəhər-rayon Polis şöbəsinin 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR