Şəhidin dəfninə yüzlərlə insan gəldi

Şəhidin dəfninə yüzlərlə insan gəldi

Şəhid torpağa tapşırılıb.

Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan Dilsuz Məmmədağa oğlu Qarayev bu gün dəfn olunub.

Aktual.az xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi rayonunun Hindarx qəsəbə sakini olan 1990-cı il təvəllüdlü gizir Dilsuz Qarayevin cənazəsi ötən gecə yaşadığı evə gətirilib.

Bu gün Hindarx kənd qəbiristanlığında dəfn mərasimi keçirilib. Mərasimdə Ağcabədi rayon İcra Hakimiyyətinin rəsmləri, şəhidin hərbçi yoldaşları, kənd sakinləri iştirak edib.

Dilsuz Qarayevin tabutuna çəkilən döyüş bayrağı şəhidin qardaşı Pərviz Qarayevə təqdim olunub.

Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb.

Xəbər 673 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR