Səftər Nəhmətli vəfat etdi

Səftər Nəhmətli vəfat etdi

Azərbaycan təhsil ictimaiyyətinə ağır itki üz verib. Kimya üzrə fəlsəfə doktoru, tanınmış təhsil eksperti Səftər Nəhmətli 60 yaşında vəfat edib.

Səftər Nəhmətli 1956-cı ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. Gəyəçöl kənd orta məktəbini və Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Kimya sahəsində elmi araşdırmalar aparan S.Nəhmətli 1990-cü ildə dissertasiya müdafiə edərək, kimya elmləri namizədi alimlik dərəcəsini alıb. 

Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olan S.Nəhmətli 20 yanvar hadisələrinin araşdırılması məqsədilə Milli Məclisin yaratdığı İşçi Qrupunun rəhbəri olub. 1992-1993-cü illərdə Təhsil Nazirliyində idarə rəisi və Nazirliyin Kollegiya üzvü olub. 

1999-cu ildə Müsavat Partiyasına üzv olan S.Nəhmətli uzun müddət partiyanın Humanitar şöbəsinə rəhbərlik edib. Ötən il partiya sıralarından istefa verən Səftər Nəhmətli ölkəmizin tanınmış təhsil ekspertlərindən sayılırdı.Eyni zamanda ictimai hüquq müdafiəçisi olaraq çoxsaylı məhkəmə proseslərində iştirak etmişdi.

Allah Rəhmət Eləsin!!!

// Azər Niftiyev, Aktual.az

Xəbər 2445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR