Samirə ATV-dən getdi

Samirə ATV-dən getdi

"Məsuliyyətli bir işi çiyinlərim üzərinə götürməyə hazırlaşıram".

Aktual.az primetime.az-a istinadən xəbər verir ki, uzun illərdir Azad Azərbaycan telekanalının efirində xəbərlər proqramına aparıcılıq etmiş Samirə Mustafayeva öz istəyi ilə çalışdığı şirkəti tərk edib.

Aparıcının bu addımı atmasına səbəb yeni iş həyatına başlamaq niyyətidir. Əməkdaşımıza eksklüziv açıqlamasında xəbəri təsdiq edən S.Mustafayeva deyir ki, onun bu dəfə hədəflədiyi sahə televiziyadan çox uzaqdır:

"Hər zaman arzusunda olduğum böyük və məsuliyyətli bir işi çiyinlərim üzərinə götürməyə hazırlaşıram. Harada çalışaçağımın detallarını hələ ki gizli saxlayıram. İnanıram ki, bu sahədə də uğur mənimlə olacaq".

Ömrünün 15 ilini kamera qarşısında keçirən Samirə ən böyük uğurunu layiq görüldüyü "Tərəqqi" medalı ilə bağlayır: "Televiziya sahəsində yetərincə nailiyyətlər qazandım və bu yolda özümü sübut etdim. Teleməkanda ən böyük mukafatım isə sözsüz ki, "Tərəqqi" medalıdır. Əməyimə qiymət verən hər kəsə minnətdaram. Bu sahə həyatımda çox önəmli yer tutdu. İndi isə daha böyük uğurlar qazanmaq üçün fərqli yolla addımlayacağam".

Samirə həmçinin İnstagram sosial şəbəkəsindən uzaqlaşmasına da münasibət bildirib: "Sosial şəbəkə artıq vaxt itkisi idi. Yoruldum və səhifəmi bağladım. Çünki orada özünə hörmət etməyən bəzi səhifə istifadəçiləri var idi. İnstagrama sərf etdiyim zamanı işimə ayıracağam".

Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR