Salyanda yol qəzası baş verib: ölən və yaralanan var

Salyanda yol qəzası baş verib: ölən və yaralanan var

Salyanda 1 nəfərin ölümü və 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib


"Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Ələt-Astara magistral yolunda hərəkətdə olan "Mersedes” markalı avtomobilə digər minik avtomobili arxadan çırpılıb. Nəticədə həmin minik avtomobilində olan bir nəfər şəxs hadisə yerində dünyasını dəyişib. "Mersedes”də olan, 1983-cü il təvəllüdlü, Qaradağ rayon sakini Qasımov Xəyal Əli oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 
Aktual.az
Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR