Salyanda məktəbliləri daşıyan mikroavtobus aşdı: ölən və yaralananlar var

Salyanda məktəbliləri daşıyan mikroavtobus aşdı: ölən və yaralananlar var

Salyanda qəzaya düşən mikroavtobus Şirvandan Cəlilabada yarışa gedən 2005-2008-ci il təvəllüdlü şagirdləri aparırmış.

"Report"un xəbərinə görə, "Mercedes markalı mikroavtobus idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb.
Qəza nəticəsində 1 şagird ölüb, 6 nəfər xəsarət alıb.

*** 
Salyanda baş verən yol qəzası zamanı ölən və yaralananların olduğu bildirilir.

"Report"un xəbərinə görə, Ələt-Astara magistral yolunda mikroavtobus qəzaya uğrayıb.
Əlavə məlumat veriləcək.

***
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 
İlkin məlumata görə, baş verən qəza nəticəsində yaralananlar var.
Faktla bağlı araşdırma aparılır.


Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR