Salyanda gənc qadın intihara cəhd edib

Salyanda gənc qadın intihara cəhd edib

Salyan rayonunda gənc qadın intihara cəhd edib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, 1994-cü il təvəllüdlü Günel İsmayıl qızı Tağıyeva özünü yaşadığı evin həyətindəki yarımtikilidə asıb. Onu asılmış vəziyyətdə görən ailə üzvləri dərhal xəstəxanaya çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, G.Tağıyevanın vəziyyəti ağırdır. 
 Ailəli olan gənc qadının hansı səbəbdən intihara cəhd etməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb. 
Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR