Salyanda ağır qəza: ölən və yaralananlar var

Salyanda ağır qəza: ölən və yaralananlar var

Salyan rayonunda 1 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Aktual.az report-a istinadən bildirir ki, hadisə Şörsulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində şəxsiyyəti hələlik məlum olmayan bir nəfər hadisə yerində ölüb. Qəza zamanı habelə Astara rayon sakinləri - 1995-ci il təvəllüdlü Mirzəzadə Orxan Zahid oğlu və 1999-cu il təvəllüdlü Əsədullayev Rəhmin Ramiz oğlu xəsarət alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR