Şadlıq evində kütləvi dava

Şadlıq evində kütləvi dava

Ötən gün gecə yarısına yaxın “Anar” şadlıq evində keçirilən toy mərasimində kütləvi dava baş verib.

Aktual.az xəbər verir ki, hadisə şahidinin axar.az-a verdiyi məlumata görə, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “Anar” şadlıq evində keçirilən toya dəvət edilən qonaqlar arasında baş verən kütləvi davanı sakitləşdirmək mümkün olmadığından, hadisə yerinə polis çağırılıb. Hazırda çoxsaylı Post Patrul Xidməti əməkdaşının hadisə yerində olduğu bildirilir.

Binəqədi Rayon Polis İdarəsinin növbətçi hissəsindən faktı təsdiqləsələr də, əlavə məlumat verilmədi.

 
Xəbər 581 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR