​Sabirabadda yol qəzasında 1 nəfər yaralanıb

​Sabirabadda yol qəzasında 1 nəfər yaralanıb

 Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Aktual.az-ın məlumatına görə, hadisə rayonun Cavad kəndində qeydə alınıb.

İki "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində Sabirabadın Türkədi kənd sakini, 1964-cü il təvəllüdlü Əmirxan Balaxan oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabirabad rayon Polis şöbəsində araşdırma aparılır.

Aktual.az

Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR