Sabirabadda ağır yol qəzası: ölən və yaralanan var - FOTO

Sabirabadda ağır yol qəzası: ölən və yaralanan var - FOTO

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. 
Belə ki, həmin kəndin sakini, 1973-cü il təvəllüdlü Ramiz Abdullayevin idarə etdiyi traktor "Ford” markalı 30-AA -194 dövlət qeydiyyatlı avtomobillə toqquşub. Nəticədə traktor idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı traktorda olan sürcünün oğlu 2014-cü il təvəllüdlü Rasət Ramiz oğlu Abdullayev aldığı xəsarətlərdən yerindəcə ölüb. Traktorun sürücüsü isə ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 









Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR