Region otelləri ucuzlaşmağa başladı

Region otelləri ucuzlaşmağa başladı

Azərbaycan hotellərində qiymətlərin həddən artıq yüksək olması ilə bağlı prezident İlham Əliyevin tənqidlərindən sonra bəzi otellər qiymətlərə düzəlişlər etməyə başlayıblar. 

Aktual.az fins.az-a istinadən xəbər verir ki, bu xüsusilə regionlardakı hotellərdə öünü göstərir. Bir sıra hotellər isə hələlik gözləmə mövqeyindədirlər.

Mingəçevir River Side otel: «Qiymətləri ucuzlaşdırdıq» Mingəçevirdə yenicə istifadəyə verilən 4*-lu Mingəçevir River Side otel prezidentin çıxışından sonra qiymətlərə yenidən baxıb. Məlum iclasda tənqiddən nəticə çıxaran hotel qiymətləri 25-30% aşağı salıb. Belə ki, əvvəllər 80 azn-ə başa gələn 2 nəfərlik otaq hazırda 60 azn-dır, 3 nəfərlik luks otaq isə 120 azn-dən 80 azn-ə düşüb. Bu qiymətə səhər yeməyi həmçinin otel xidmətləri də daxildir.

Balakən Qubek otel: «Bizdə qiymətlər onsuz da aşağıdır» Balakəndəki məşhur Qubek hotelin (4*) menecmenti dövlət başçısının çıxışından sonra bir daha qiymətləri araşdırıb və qənaətə gəlib ki, qiymətlər o qədər də yüksək deyil: «Prezidentin çıxışından sonra vəziyyəti təhlil etdik və bir daha əmin olduq ki,bizdə qiymətlər heç də baha deyil»-deyə hoteldən bildiriblər. Doğrudan da hoteldə 2 nəfərlik otaq 50 azn (adam başına 25 azn),3 nəfərlik otaq isə 60 azn (adam başına 20 azn) qiymətə başa gəlir.

Qəbələ Karvansaray otel: «Holdinqin qərarını gözləyirik» Qəbələdəki Karvansaray otelin (4*) qiymətlərində hələlik dəyişiklik yoxdur. Oteldən bildirilib ki, təşkilat «Gilan Holding»in tərkibindədir: «Qiymətlərin aşağı salınmasıyla bağlı qərar holdinqdə qəbul ediləndə biz də məlumatlandırılacayıq və o zaman endirim edəcəyik. Hələlik hər hansı endirim yoxdur».

Vego otel: «Qiymətlər ucuzdur, amma yenə endirəcəyik» Gəncədə iki il əvvəl istismara verilən Vego otel şəhərdəki ən müasir turizm obyektlərindən sayılır. Hoteldən fins.az-a bildirilib ki, dövlət başçısının çıxışından nəticə çıxarıblar, baxmayaraq ki, qiymətlər o qədər də yüksək deyil: «Qiymətlərimiz yetərincə ucuzdur - 1 nəfər 60 azn, 2 nəfərlik otaq isə 70 azn-dir. Amma yəqin ki 2-3 gün ərzində büdcəmizi dəyişib qiymətlərə yenidən baxacağıq. Bununla bağlı müdiriyyətin qərarını gözləyirik».

Şamaxı Palace Platinum by Rixos: «Endirim barədə fikirləşirik» Şamaxıdakı ən dəbdəbəli oteli bir neçə gün əvvəl Ramazan Bayramı ilə bağlı kampaniyaya başlasa da, qiymətlər hələ də aşağı deyil. Nazirlər Kabinetinin iclasında dövlət başçısının tənqidi çıxışından sonra hotel menecmenti qiymətlər barədə düşünsə də, hələlik ortada real nəticələr yoxdur. «Palace Platinum by Rixos» hoteldən bildirilib ki, «endirim barədə fikirləşirik və müdiriyyətdən verilən məlumata görə bu həftənin sonunadək endirim olacagı gözlənilir». 

 
Xəbər 926 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR