Qusarda iki nəfər dəm qazından boğuldu

Qusarda iki nəfər dəm qazından boğuldu

Qusar rayonunda dəm qazından boğulma faktı qeydə alınıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Hil kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Mustafayev Rəşad Bəxtiyar oğlu və hələlik şəxsiyyəti müəyyənləşdirilməyən gənc qadının meyiti hamamda tapılıb. Hadisə yerinə Qusar rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı bağı araşdırmalar davam etdirilir.

Xəbər 541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR