Qubadlı və Laçında yeni hərbi hissələr fəaliyyətə başladı - FOTO

Qubadlı və Laçında yeni hərbi hissələr fəaliyyətə başladı - FOTO

İyul ayının 8-də Qubadlı və Laçın rayonları ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) iki yeni hərbi hissəsi xidməti istifadəyə verilib.

DSX-dan verilən məlumata görə, mərasimlərdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə yeni hərbi hissə komplekslərinin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik edib. 

Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocəvənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunub.

Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olunub, silah və texniki vasitələrə baxış keçirilib. 

Tədbirdən sonra "Qubadlı” əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi tapşırıqların icra vəziyyəti, xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında vəzifəli şəxslərin məruzələri dinlənilib, dövlət sərhədinin müdafiəsi və mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə görülən işlər yoxlanılıb, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülüb, hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitlərinə baxış keçirilib.
Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR