Fərruxda qazıntılar zamanı daha 3 azərbaycanlının meyitlərinin qalıqları tapıl (FOTOLAR)

Fərruxda qazıntılar zamanı daha 3 azərbaycanlının meyitlərinin qalıqları tapıl (FOTOLAR)

Xocalı rayonunun Fərrux kəndi ətrafında daha 3 azərbaycanlının meyitlərinin qalıqları tapılıb.

"Report"un əldə etdiyi məlumata görə, qalıqlar Azərbaycanın Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.

Belə ki, ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha 3 azərbaycanlının qalıqları tapılıb.

Qeyd edək ki, ötən gün də Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb.

Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 663 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR