Qubada ağır yol qəzası: xəsarət alanlar var

Qubada ağır yol qəzası: xəsarət alanlar var

Quba rayonunda  ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıqayıb kəndinin ərazisində baş verib.
Belə ki, rayonun Ərməkiqışlaq kənd sakini, Ceyhun Nadirovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə, rayonun Ələmmədoba kənd sakini, Nemət İsayevin idarə etdiyi "VAZ-21012" markalı avtomobil toqquşub.
Nəticədə C.Nadirov hadisə zamanı özündən gedərək huşunu itirib. Digər avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər xəsarətlər alıb. Yaralılar Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, yaralılar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR