Qubada ağır yol qəzası: 3 nəfər xəsarət aldı

Qubada ağır yol qəzası: 3 nəfər xəsarət aldı

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində "MAN" markalı yük avtomobili qarşıdan gələn "Lada-Priora" markalı minik avtomobilinin üstünə çıxıb.
Hadisə nəticəsində "Lada" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər ağır dərəcəli bədən xəsarətləri alıblar. İlkin məlumata görə, biri qadın olmaqla 3 nəfər xəsarət alıb.
Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.
Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR