Qubada ağır yol qəzasında ölənlərin sayı 4-ə çatıb - FOTO - YENİLƏNİB

Qubada ağır yol qəzasında ölənlərin sayı 4-ə çatıb - FOTO - YENİLƏNİB

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayl 4-ə çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba rayon Mərkəzi Xəstəxanasında ölüb.

*** 
 Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 
Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.
Ölənlər:
Xaçmaz rayon sakinləri -
Coşqun Kamil oğlu Qasımov,
Zakir Eldəniz oğlu Abasov,
Nahid Teymur oğlu Məmmədov.


***

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralanıb. Yaralı Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 
Faktla bağlı araşdırmalara başlanılıb. 
 

Xəbər 534 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR