Qonşusunu bıçaqlayan məktəb direktoru özünü öldürdü

Qonşusunu bıçaqlayan məktəb direktoru özünü öldürdü

Lerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib.

Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloglan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə A.Rəhimov qonşusunu bıçaqlayıb.

Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deyilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ çiyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb.

Xəbər 542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR