Qobustanda “Kamaz” dəhşətli qəza törətdi

Qobustanda “Kamaz” dəhşətli qəza törətdi

Qaradağ rayonununda ölümlə nəticələnən yol qəzası baş verib. Qobustan qəsəbəsində qeydə alınan qəza zamanı 1 nəfər ölüb, 1 nəfər yaralı halda xəstəxanaya aparılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Aktual.az-a verilən məlumata görə, Qaradağ rayonunun Qobustan qəsəbəsində Bakı şəhər sakini Səxavət Xalidov idarə etdiyi “Kamaz” markalı avtomobili qarşıda gedən Fəthi Məcidovun idarə etdiyi “Opel” markalı avtomobilə vurub. Daha sonra idarəetməni itirən “Kamaz” sürücüsü avtomobili ilə yolun kənarında dayanan Alim Vəliyevin idarə etdiyi “Shacman” markalı avtomobilə çırpılıb. Sürətini azalda biməyən avtomobil sonra isə yaxınlığında olan Sumqayıt şəhər sakini Məhəmməd Abbasova dəyib. Nəticədə M.Abbasov hadisə yerində ölüb.

“Kamaz”ın sürücüsü S.Xalidov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, bundan əvvəl də Lənkəran şəhərində də iki yük avtomobili toqquşmuşdu. Nəticədə avtomobillərdən birinin sürücüsü hadisə yerində dünyasını dəyişmişdi.

 
Xəbər 1054 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR