Qızıl ümidi ilə tarixi abidəni dağıtdılar

Qızıl ümidi ilə tarixi abidəni dağıtdılar

Kurqanda naməlum şəxslər oktyabrın 9-u ağır texnika ilə qanunsuz qazıntı işləri aparıb

Şəki Şəhər-Rayon polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Cəfərabad kəndinin inzibati ərazisində yerləşən, eramızdan əvvəl II-IV əsrlərə aid olan kurqanda qanunsuz qazıntı işləri aparılması ilə bağlı cinayət işi başlayıb, təhqiqat bölməsi tərəfindən araşdırmalar aparılır. Faktla bağlı, hələ ki, saxlanılan yoxdur. 

Qeyd edək ki, kurqanda naməlum şəxslər oktyabrın 9-u ağır texnika ilə qanunsuz qazıntı işləri aparıb. Kurqanın diametri 12 metrdən çox olan zireh hissəsi dağıdılıb, lakin dəfn çalasına toxunulmayıb. Ehtimal edilir ki, kurqanda qanunsuz qazıntı işləri aparan şəxslər qızıl axtarıblar.

Xəbər 786 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR