Qəbir daşlarını sındıran şəxsin oğlunun evi yandı

Qəbir daşlarını sındıran şəxsin oğlunun evi yandı

Astara rayonunda yanğın hadisəsi olub.

Aktual.az Report-a istinadən xəbər verir ki, rayonun Şiyəkəran kənd sakini 1990-cı il təvəllüdlü Babayev Vüsal Eynulla oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib. Ümumi sahəsi 192 kvadrat metr olan iki mərtəbəli evin dam örtüyü, tavanı və ev əşyaları ilə birlikdə bir otaq, ümumilikdə 111 kvadrat metr sahəsi tam olaraq yanıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. 01:10 radələrində yanğın lokallaşdırılıb.

Yanğın baş verən evin sahibi, bir neçə gün öncə kənd qəbiristanlığında 20-dək məzar daşını sındıraraq yararsız hala salan Firudin Babayevin oğludur. Hadisənin baş verməsinin səbəbi aparılan ekspertizanın rəyindən sonra məlum olacaq.

Xəbər 990 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR