Qara gavalının orqanizmə İNANILMAZ TƏSİRİ

Qara gavalının orqanizmə İNANILMAZ TƏSİRİ

Türkiyəli dietoloq Fevzi Özgönül qara gavalının susuzluğu yatıran faydalı meyvə olduğunu bildirib.

Aktual.az Publika.az-a istinadən xəbər verir ki, sağlam qidalanma üzrə mütəxəssis qara gavalıdan hazırlanan az şəkərli kompotun əsl vitamin anbarı olduğunu deyib:
"Yay aylarında su içmək sağlamlığınız üçün çox vacibdir. Lakin su içə və ya bir başqa alternativ axtarırsınızsa, sizə kompot təklif edirəm. Bir çox meyvədən kompot hazırlanır, ancaq ən faydalısı qara gavalıdır. Bu meyvə xərçəng şişlərinjin yaranmasına mane olur, həmçinin qocalma prosesini ləngidir. Qara gavalı orqanizmə daxil olan və bədənin ifraz etdiyi sərbəst radikallar adlanan zərərli maddələri ən yaxşı təmizləyən meyvədir".
Qara gavalının faydaları:
Təzə gavalının tərkibinə qurusundan, ya da şirəsindən daha çox C vitamini daxildir. Gündəlik A vitamini ehtiyacının da 8 faizini qarşılayır.
A vitamini gözlərin görmə qabiliyyətini yaxşılaşdırır və sümük inkişafını dəstəkləyir.
Gavalı qurusu qəbizlik və həzm problemlərini aradan qaldırır.
Ürəyi qoruyur, infarkt riskini azaldır.
Araşdırmalar göstərir ki, qara gavalı döş xərçəngi hüceyrələrini məhv edir.
Beynin yaddaş qabiliyyətini inkişaf etdirir. Antioksidantlarla dolu olması sayəsində Alzheimer inkişafını ləngidir.
Böyrək daşı müalicəsində effektivdir.
 
Aktual.az
Xəbər 2331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR