"Azərbaycanda minalar hələ də insan həyatını itirməyə səbəb olur. Aprelin 14-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub”.
Aktual.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, bu faciə minaların yaratdığı davamlı humanitar təhlükəni və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışan insanların hər gün üzləşdiyi riskləri bir daha göstərir.
"2020-ci il müharibəsindən sonra indiyədək 422 Azərbaycan vətəndaşı mina qurbanı olub. Minatəmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac var”, - məlumatda vurğulanıb.
Xəbər 59 dəfə oxunub.