Rusiya qoşun yeritmədən belə Litvanı 90 gün ərzində təslim olmağa məcbur edə bilər.
Aktual.az xəbər verir ki, bu barədə "Defens Nyus” məlumat yayıb.
Məlumata görə, "Baltic Defense Initiative” beyin mərkəzi Litvanın müdafiə zəifliklərini araşdıraraq ölkənin birbaşa quru işğalı olmadan kapitulyasiya edilə biləcəyi ssenarini nəzərədən keçirib:
"Bu stress testinə görə, münaqişə əsas hökumət obyektlərinə hipersəs raket zərbələri ilə başlayır və ardınca iki aylıq genişmiqyaslı hücum baş verir. Növbəti 60 gün ərzində 170 mindən çox "Şahid” dronunun vacib infrastruktura qarşı istifadə ediləcəyi gözlənilir. Elektrik stansiyalarının, su təchizatı sistemlərinin, xəstəxanaların və körpülərin sistematik şəkildə dağıdılmasından sonra 90-cı gündə ultimatum verilir: Baltikyanı ölkələrin tamamilə işğalı və ya Riqa və Tallinə oxşar hücumlar”.
Qeyd olunub ki, bu ssenari qaçılmaz müharibə proqnozu deyil, milli təhlükəsizlik sistemindəki zəif cəhətləri müəyyən etmək və potensial təhdidlərə hazırlıq üçün bir vasitədir.
Xəbər 57 dəfə oxunub.