Ötən ay Rusiya neftinin ən böyük ixracat yeri Hindistan olub

Ötən ay Rusiya neftinin ən böyük ixracat yeri Hindistan olub

Rusiyanın neft və neft məhsulları ixracından əldə etdiyi gəlir mart ayında 19,04 milyard dollara yüksəlib.
Aktual.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında bildirilib.
Hesabata görə, bu, fevral ayı ilə müqayisədə 9,7 milyard dollar, ötən illə müqayisədə isə 4,76 milyard dollar çoxdur.
Qeyd olunub ki, Rusiya neftinin ən böyük ixracat yeri Hindistan olub - gündə 2 milyon barel. Mart ayında Hindistanın 12 neft emalı zavodu Rusiya neftini emal edib ki, bu da bir ay əvvəlki göstəricidən yeddi neftdən çoxdur.
Çin Rusiya neftinin ixrac həcminə görə ikinci yeri tutub, gündə 1,8 milyon barel. Rusiyanın neft məhsulları ixracından əldə etdiyi gəlir 7,59 milyard dollar təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 3,88 milyard dollar çoxdur.
Xəbər 59 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR