Prezidentdən Tofiq Mirzəyevlə bağlı - İki Sərəncam

Prezidentdən Tofiq Mirzəyevlə bağlı - İki Sərəncam

Prezident İlham Əliyev Tofiq Mirzəyevlə bağlı iki Sərəncam imzalayıb.

Aktual.az xəbər verir ki, birinci Sərəncamla Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Tofiq İbrahim oğlu Mirzəyevə "Xalq artisti” fəxri adı verilib.

Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə T. Mirzəyev "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, iyunun 16-da T. Mirzəyevin 90 yaşı tamam olacaq.
Xəbər 2533 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR