Builki "Xarıbülbül" Festivalının keçiriləcəyi tarix müəyyənləşdi

Builki

"Şuşa ili”nin ilk böyük tədbiri "Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçiriləcəyi tarix dəqiqləşib.

Mədəniyyət Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, festivalın 12-14 may tarixində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.

İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında "Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində "Şuşa – 2022” beynəlxalq incəsənət, "Şuşanın 4 fəsli” ("4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il mayın 12-i və 13-də Şuşa işğalından azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilib.
Xəbər 1485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR