Prezident: “Bütün şərtlərimiz yerinə yetirilməlidir ki, “Əsrin kontraktı”nın müddəti uzadılsın”

Prezident: “Bütün şərtlərimiz yerinə yetirilməlidir ki, “Əsrin kontraktı”nın müddəti uzadılsın”

"Əsrin kontraktı” bu gün də ölkəmizə xeyir gətirir və bildiyiniz kimi, indi SOCAR-la tərəfdaşlar arasında danışıqlar gedir ki, bu kontraktın müddəti uzadılsın və mən buna müsbət baxıram. Əlbəttə, bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, kontraktın müddəti daha da uzadılsın”

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev OCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında deyib.
 
"Şahdəniz 2” bu gün dünyanın ən böyük qaz layihələrindən biridir. Artıq neçə ildir ki, "Şahdəniz” qazı dünya və region bazarlarına çıxarılır. Bu gün isə biz artıq Cənub Qaz Dəhlizinin icrasına çox yaxınlaşmışıq. Bu layihə Azərbaycanı bizim üçün əsas olan xarici bazarlarla, Avropa bazarları ilə birləşdirəcək. Bundan sonra onilliklər ərzində Azərbaycan Cənub Qaz Dəhlizinin icrasından iqtisadi maraqları təmin edəcək”, - deyə o vurğulayıb. 
 
Aktual.az

 

Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR