"Abraham Linkoln” təyyarədaşıyan gəmisi 286 günlük dəniz missiyasından sonra Tailanda çatıb.
Aktual.az xəbər verir ki, bu barədə "Röyters " agentliyi məlumat yayıb.
Məlumata görə, Tailand rəsmiləri təyyarədaşıyan gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinin bir neçə digər gəmisi ilə birlikdə "beş günlük bərpa və istirahət” üçün Tailandda lövbər saldığını açıqlayıb.
Qeyd edək ki, təxminən 5000 dənizçi və dəniz piyadasının olduğu "Abraham Linkoln” gəmisi 2025-ci ilin noyabr ayında missiyaya başlayıb və İslam Respublikasına qarşı hərbi kampaniyada və İranın cənub limanlarının dəniz blokadasında iştirak edib.
Xəbər 60 dəfə oxunub.