Bakı–Tiflis–Bakı qatarına saxta bilet satışı ilə bağlı diqqətli olun.
Son günlər ADY-yə vətəndaşlardan bu marşrutla səfərlərə saxta biletlərin satışı ilə bağlı müraciətlər daxil olur. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.
ADY-dən Aktual.az-a verilən məlumata görə, bununla bağlı hüquq-mühafizə orqanlarına tərəfimizdən müvafiq qaydada müraciət olunur, araşdırma aparılır, sui-istifadə hallarının qarşısı mütəmadi qaydada alınır, saxtakarlıq edən şəxslər və səhifələrin müəyyən edilərək hüquqi qaydada cəzalandırılması təmin edilir.
Bir daha bildiririk ki, ADY bu marşrut üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və bilet kvotası ayırmır.
Biletləri yalnız:
- ADY-nin rəsmi saytı
- "ADY Mobile” tətbiqi
- dəmiryol kassaları
vasitəsilə əldə etməyi tövsiyə edirik.
Xəbər 48 dəfə oxunub.