Bu ilin avqust ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz, planşet) "Chrome" brauzerinin bazar payı 80,48 % təşkil edib.
Aktual.az-ın "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 0,22 faiz bəndi az, 2025-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə isə 1,7 faiz bəndi çoxdur.
İkinci pillədəki "Safari"nin bazar payı aylıq 0,35 faiz bəndi artaraq, il ərzində isə 2,03 faiz bəndi və ya 21,4 % azalaraq 7,45 % olub.
Növbəti yerdə qərarlaşan "Firefox"un bazar payı aylıq 0,11 faiz bəndi, il ərzində isə 3,89 faiz bəndi artaraq 4,82 % təşkil edib.
Dördüncü yerdəki "Samsung Internet"in bazar payı ay ərzində 0,99 faiz bəndi azalaraq, illik müqayisədə isə 0,02 faiz bəndi artaraq 3,67 % təşkil edib.
İlk beşliyi qapadan "Edge"nin bazar payı aylıq 0,58 faiz bəndi artaraq, il ərzində isə 0,04 faiz bəndi azalaraq 1,91 % olub.
Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
"Chrome" – 83,13 % (aylıq 1,76 faiz bəndi və illik 0,81 faiz bəndi çox);
"Firefox" – 8,71 % (aylıq 1,14 faiz bəndi az və illik 6,61 faiz bəndi çox);
"Edge" – 3,93 % (aylıq 0,45 faiz bəndi çox və illik 1,88 faiz bəndi az);
"Samsung Internet" – 1,72 % (aylıq 0,91 faiz bəndi az və 1 il əvvəl paya sahib olmayıb);
"Opera" – 1,11 % (aylıq 0,4 faiz bəndi və illik 2,66 faiz bəndi az);
Mobil cihazlarda:
"Chrome" – 78,03 % (aylıq 2,26 faiz bəndi az və illik 0,92 faiz bəndi çox);
"Safari" – 13,51 % (aylıq 2,59 faiz bəndi az və illik 0,77 faiz bəndi çox);
"Samsung Internet" – 5,48 % (aylıq 0,38 faiz bəndi az və illik 0,03 faiz bəndi çox);
"Firefox" – 1,26 % (aylıq 0,45 faiz bəndi az və illik 0,88 faiz bəndi çox);
"Opera" – 0,98 % (aylıq 0,29 faiz bəndi çox və illik 1,14 faiz bəndi az);
Planşetlərdə:
"Chrome" – 82,81 % (aylıq 1,65 faiz bəndi az və illik 7,76 faiz bəndi çox);
"Safari" – 8,36 % (aylıq 2,11 faiz bəndi çox və illik 6,98 faiz bəndi az);
"Android" – 3,5 % (aylıq 0,59 faiz bəndi və illik 3,63 faiz bəndi az);
"Samsung Internet" – 3,13 % (aylıq 0,59 faiz bəndi az və 1 il əvvəl paya sahib olmayıb);
"Yandex Browser" – 0,35 % (aylıq 0,16 faiz bəndi çox və illik 1,14 faiz bəndi az);
Xəbər 39 dəfə oxunub.