Peru İranla diplomatik münasibətləri dayandırdı

Peru İranla diplomatik münasibətləri dayandırdı
  • DÜNYA

Peru hökuməti İranla diplomatik münasibətləri dayandırmaq barədə qərar qəbul edib.

Aktual.az xəbər verir ki, müvafiq bəyanatla Cənubi Amerika dövlətinin Xarici İşlər Nazirliyi çıxış edib.

Rəsmi açıqlamada Peru hökumətinin İranla diplomatik münasibətlərə son qoymaq qərarı aldığı vurğulanır.

Xarici siyasət idarəsindən bildirilib ki, bu qərarın alınması əsasən Yaxın Şərq regionunda baş verən hadisələr və Tehranın Hörmüz boğazındakı fəaliyyəti ilə əlaqədardır.

Nazirlikdən o da əlavə edilib ki, Perunun rəsmi Tehranla diplomatik təmasları dayandırması iki ölkə arasında konsulluq münasibətlərinin ləğvi demək deyil.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR