Paşinyan iki qadına yüksək vəzifə verdi

Paşinyan iki qadına yüksək vəzifə verdi
  • DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyan Anna Babacanyanı ölkənin təhsil, elm, mədəniyyət və idman nazirinin müavini təyin edib.

Aktual.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən bildirilib ki, Anna Babacanyan ümumi təhsil, həmçinin peşə təhsili və təlim sahələrinə koordinasiya edəcək.

Baş nazirin digər qərarı ilə Kristina Tataryan da təhsil, elm, mədəniyyət və idman nazirinin müavini təyin olunub.

O, xarici əlaqələr, diaspor, gənclər və strateji proqramlar sahələrinə koordinasiya edəcək.

Qeyd edək ki, Nikol Paşinyan bundan əvvəl Araksiya Svaçyanyanı nazir müavini vəzifəsini icra edən şəxs kimi tutduğu vəzifədən azad edib.

Baş nazirin digər qərarı ilə nazir müavininin səlahiyyətlərini icra edən Artur Martirosyan da vəzifəsindən azad olunub.
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR