Ukraynaya növbəti "Patriot” raketləri partiyasının verilməsi barədə qərar yaxın günlərdə veriləcək.
Bunu Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkoviak-Çarneçka "RMF FM”ə müsahibəsində bildirib.
Nazir müavini mümkün silah tədarükünün ilk növbədə Polşanın təhlükəsizliyi baxımından qiymətləndirilməli olduğunu vurğulayıb.
O, həmçinin, yaxınlarda Rusiya raketinin Polşa ərazisinə daxil olması ilə bağlı insidentin qərara təsir etdiyini bildirib. Sobkoviak-Çarneçkanın sözlərinə görə, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış hazırda Ukraynaya daha bir "Patriot” raketləri partiyasının göndərilməsini dəstəkləməyə meyllidir.
"Bu gün o, daha bir partiyanın göndərilməsinin tərəfdarı olmağa meyllidir. Çünki belə bir raketin bizim ərazimizə daxil olmağındansa, Ukrayna ərazisi üzərində vurulmasına üstünlük verir”, – nazir müavini deyib.
Xəbər 49 dəfə oxunub.