Yeni Konstitusiya layihəsi bu ay dərc olunacaq - Paşinyan

Yeni Konstitusiya layihəsi bu ay dərc olunacaq - Paşinyan
  • DÜNYA

Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini artıq noyabr ayında ictimaiyyətə təqdim etməyi planlaşdırır.

Aktual.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 2-də parlamentin daimi komissiyalarının birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

"Biz yeni Konstitusiya layihəsini dərc edəcəyik, ictimai müzakirələr başlayacaq, daxil olan təkliflər təqdim edilərək nəzərdən keçiriləcək. Bu proses yeni Konstitusiya layihəsinin cəmiyyətimiz tərəfindən kifayət qədər geniş müzakirə olunduğuna əmin olana qədər davam edəcək”, - deyə Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, qarşıda duran hökumət vəzifələrinin ən mühümlərindən biri Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiya edilməsidir.

Qeyd edək ki, 2025-ci il avqustun 8-də Ermənistan və Azərbaycan sülh sazişinin mətnini paraflayıb. Sazişin imzalanması üçün ilkin şərt kimi rəsmi Bakı Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini irəli sürüb. Rəsmi Bakı bildirib ki, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur.

Azərbaycan bu mövqeyini Ermənistan Respublikası Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinadın yer alması ilə əsaslandırıb.
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR