Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 21 min 176 metr qazma işləri həyata keçirib.
Aktual.az xəbər verir ki, bu barədə SOCAR-ın 2026-ci ilin III rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Məlumata görə, 2025-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə qazma işləri 9 min 30 metr və ya 74,3 % artıb.
Xatırladaq ki, ötən ilin III rübündə SOCAR 12 min 146 metr qazma işləri aparıb.
Xəbər 59 dəfə oxunub.