ABŞ İrana nüvə zərbəsi endirəcək - Karlson

ABŞ İrana nüvə zərbəsi endirəcək - Karlson
  • DÜNYA

ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər.

Aktual.az xəbər verir ki, bunu tanınmış amerikalı jurnalist Taker Karlson deyib.

"İsrail Baş naziri Benyamin Netanyahunun təzyiqi nəticəsində ABŞ Prezidenti Donald Tramp administrasiyası yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər. Hücumun hədəfi İranın mərkəzindəki Pikaks dağı olacaq. İsrail kəşfiyyatının iddiasına görə, İran hakimiyyəti burada uranın zənginləşdirilməsi proqramını bərpa edib. ABŞ-ın arsenalındakı heç bir adi silah uranın zənginləşdirilməsi prosesinin aparıldığı ehtimal edilən tunelləri məhv etmək üçün 300 fut (təxminən 91 metr) qalınlığında bütöv qranit qatını deşib keçmək gücündə deyil. Yeganə hərbi variant nüvə zərbəsinin endirilməsidir. Netanyahu isə belə bir zərbənin həyata keçirilməsində israr edir. Məsələdən məlumatlı mənbənin sözlərinə görə, Bibi bununla bağlı hər gün Trampa zəng edir”, - o bildirib.
Xəbər 63 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR