Azad edilmiş ərazilərdə ötən ay 979 mina, 3070 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən ay 979 mina, 3070 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Aktual.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə oktyabr ayında 799 piyada əleyhinə mina, 180 tank əleyhinə mina, 3070 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 4898,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Xəbər 50 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR