Polislər qəzaya düşdü - ölən və yaralanan var

Polislər qəzaya düşdü -   ölən və yaralanan var

Goranboyda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Aktual.az xəbər verir ki, hadisə ötən gün rayonun Qarqucaq kəndi ərazisində qeydə alınıb.


Naftalan rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Nəsimi Şakir oğlu Kərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yolun kənarına aşıb.

Nəticədə maşında olan sərnişin, 1986-cı il təvəllüdlü Cahid Nazim oğlu Tağıyev ölüb, sürücü və digər sərnişin, 1987-ci il təvəllüdlü Seymur Dilqəm oğlu Abbasov isə müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzada ölən və yaralananlar Naftalan rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır. (Apa)

 
Xəbər 677 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR